KİV: ABŞ və Qətər İsraillə humanitar fasilə imkanını müzakirə edir
"ABŞ və Qətər Qəzza zolağına yardımın çatdırılmasını və bəzi girovların azad edilməsini təmin etmək üçün İsraillə üç günə qədər humanitar fasilə elan etmək imkanını müzakirə edir".
"Operativ Media" xəbər verir ki, bu barədə "NBC News" iki diplomata istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Qətər vasitəçi kimi çıxış edir və bir neçə həftədir ki, HƏMAS-la humanitar fasilə elan etmək barədə danışıqlar aparır. İsrail rəsmiləri isə deyirlər ki, İsrail atəşkəsə razılaşmadan əvvəl HƏMAS bütün girovları azad etməlidir.
Bununla belə, yüksək rütbəli ərəb rəsmisinin sözlərinə görə, güzəştə ümid var və razılıq əldə oluna bilər.