Menyu

BƏƏ Qəzzaya humanitar yardım göndərib

BƏƏ Qəzzaya humanitar yardım göndərib

Birləşmir Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 25 ton humanitar yardım göndərib.

"Operativ Media" bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarə BƏƏ-dən Misirin Ariş şəhərinə yola düşüb.

Yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının koordinasiyası çərçivəsində “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılacaq.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.

Teqlər:

"B\u018f\u018f Q\u0259zzaya humanitar yard\u0131m g\u00f6nd\u0259rib"

Əlaqəli Xəbərlər