İlk dəfə Rusiya nümayəndəsi BMT məhkəməsinə seçilməyib
Redaksiya
2015-ci ildən Haaqa Beynəlxalq Məhkəməsinin hakimi vəzifəsində çalışan Rusiya nümayəndəsi Kirill Gevorgyan ikinci müddətə seçilməyib.
"Operativ Media" xəbər verir ki, BMT Baş Assambleyasında səsvermə zamanı o, assambleyanın 117 üzvü tərəfindən dəstəklənən Rumıniya nümayəndəsi Boqdan-Luçian Aureskuya uduzub.
Sovet İttifaqı və Rusiyadan olan hakimlər 1946-cı ildən BMT-nin məhkəmə orqanının bir hissəsidir. Beləliklə, Rusiya ilk dəfə olaraq BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində təmsil olunmayacaq.
Teqlər:
"\u0130lk d\u0259f\u0259 Rusiya n\u00fcmay\u0259nd\u0259si BMT m\u0259hk\u0259m\u0259sin\u0259 se\u00e7ilm\u0259yib"