Menyu

Litva Ukraynaya antidron və elektrik generatorlarından ibarət yardım ayırıb

Litva Ukraynaya antidron və elektrik generatorlarından ibarət yardım ayırıb

Litva Ukraynaya pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün texniki vasitələr (antidron) və elektrik generatorları göndərib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna ordusunun müasir hərbi texnologiyalara, məsələn, PUA əleyhinə vasitələrə ehtiyacı var. Biz isə antidronlarla bərabər gələn qışı düşünərək generatorlar da göndəririk. Başa düşürük ki, bu qış onlar üçün asan olmayacaq", - məlumatda bildirilir. 

Yardımın dəyəri göstərilməyib.

Qeyd edək ki, Vilnüs Ukraynaya 2026-cı ilə qədər uzunmüddətli yardım planı hazırlayıb. Plan 200 milyon avro məbləğində hərbi yardımın göstərilməsini nəzərdə tutur. Münaqişə başlayandan bəri Litvanın Ukraynaya hərbi tədarükü 1 milyard avrodan çox olub ki, bu da ölkənin ümumi daxili məhsulunun 1,2%-nə bərabərdir.

Teqlər:

"Litva Ukraynaya antidron v\u0259 elektrik generatorlar\u0131ndan ibar\u0259t yard\u0131m ay\u0131r\u0131b"

Əlaqəli Xəbərlər