Boqdanov: Rəfah keçid məntəqəsinin işi dayandırılıb
"Noyabrın 10-da Rəfah keçid məntəqəsi bağlansa da, problem həll olunacaq".
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.
"Biz bütün tərəflərlə sıx əlaqə saxlayırıq. Problem yaranmışdı və problem indi həll olunur", - diplomat bildirib.
Onun sözlərinə görə, Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah keçid məntəqəsi vasitəsilə Rusiya vətəndaşlarının 3 gün ərzində təxliyyəsi nəzərdə tutulur.
"Bu gün biz ümid edirdik ki, evakuasiya prosesi başlayacaq və bu, aydın və davamlı şəkildə həyata keçiriləcək, lakin təəssüf ki, hazırda həll etməyə çalışdığımız problem yaranıb", - nazir müavini əlavə edib.
Daha əvvəl bildirilmişdi ki, noyabrın 10-da xarici vətəndaşlığı olan və ya ikili vətəndaşlığı olan təxminən 600 nəfər Qəzza zolağından Rəfah vasitəsilə çıxa biləcək, lakin sonradan keçid məntəqəsi bağlanıb.