Menyu

İsrail Livanla sərhəddə 5 əsgərinin yaralandığını bildirib

İsrail Livanla sərhəddə 5 əsgərinin yaralandığını bildirib

"Livan tərəfdən açılan atəş nəticəsində üç, Livan tərəfdən atılan raket nəticəsində daha iki İsrail əsgəri ağır yaralanıb". 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalındakı Manara bölgəsindəki (Livanla sərhəddəki yaşayış məntəqəsi - red.) İsrail ordusunun postuna tank əleyhinə raket atılması nəticəsində üç İDF əsgəri ağır yaralanıb. Əsgərlər müalicə olunmaq üçün təxliyyə edilib və ailələrinə məlumat verilib", - məlumatda deyilir.

Bundan əlavə, ordu bildirib ki, düşmən təyyarəsinin Livandan İsrail ərazisinə düşməsi nəticəsində bir İDF əsgəri ağır, digəri isə orta dərəcəli xəsarət alıb. Mətbuat xidmətindən verilən məlumata görə, hər iki zərərçəkən də xəstəxanaya təxliyə edilib. 

"Son gün ərzində atışmalara cavab olaraq, İsrail Müdafiə Qüvvələri Hizbullahın terrorçu hədəflərinə zərbələr endirir", - mətbuat xidməti əlavə edib. 

Teqlər:

"\u0130srail Livanla s\u0259rh\u0259dd\u0259 5 \u0259sg\u0259rinin yaraland\u0131\u011f\u0131n\u0131 bildirib"

Əlaqəli Xəbərlər