Bild: Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq niyyətindədir
Almaniya hökuməti gələn il Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən "Bild" qəzeti yazıb.
Qəzetin sözlərinə görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü il dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro vəsait daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb. Müdafiə Nazirliyində isə cəmi 120 milyon avro qalıb. Departament əlavə 5 milyard avro istəyib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib. Qəzet aydınlaşdırıb ki, Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişikliklərə gələn həftə baxmaq niyyətindədir.
Teqlər:
"Bild: Almaniya Ukraynaya h\u0259rbi yard\u0131m\u0131 ikiqat art\u0131rmaq niyy\u0259tind\u0259dir"