Menyu

Ərdoğan Qərb ölkələrinin Qəzzadakı vəziyyətlə bağlı susmasını utancverici hal adlandırıb

Ərdoğan Qərb ölkələrinin Qəzzadakı vəziyyətlə bağlı susmasını utancverici hal adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Fələstində baş verənlərə səssiz qaldığına görə tənqid edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.

"Hər zaman insan hüquq və azadlıqlarının müdafiəsinə qalxan Qərb ölkələrinin Fələstində baş verən kütləvi qətllərə səssiz qalması utancvericidir. Xəstəxanalar, məktəblər və qaçqın düşərgələri bombalanarkən, dinc sakinlər amansızlıqla qarşı-qarşıyaykən onlar susur", - Türkiyə prezidenti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən birgə Ərəb-İslam sammitində deyib.

Onun sözlərinə görə, yanacağın təcili ehtiyacı olan yerlərə, xüsusən də Qəzzada xəstəxanalara çatdırılması həyati əhəmiyyət kəsb edir.

"Biz hesab edirik ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qəzzanın yenidən qurulması üçün fond yaradılmalıdır", - Ərdoğan bildirib.
 

Teqlər:

"\u018frdo\u011fan Q\u0259rb \u00f6lk\u0259l\u0259rinin Q\u0259zzadak\u0131 v\u0259ziyy\u0259tl\u0259 ba\u011fl\u0131 susmas\u0131n\u0131 utancverici hal adland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər