Menyu

Qırğızıstan prezidenti Qəzzada dinc əhalinin ölümünü pisləməyə çağırıb

Qırğızıstan prezidenti Qəzzada dinc əhalinin ölümünü pisləməyə çağırıb

"Beynəlxalq ictimaiyyət Qəzza zolağında mülki əhaliyə edilən hücumları geniş şəkildə pisləməlidir". 

"Operativ Media" xəbər verir ki, bunu Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitində Qırğızıstan prezidenti Sadır Caparov deyib.

"Qəzza zolağında gedən döyüşlər Fələstin xalqı üçün genişmiqyaslı insan tələfatı və iztirablarla nəticələnib ki, bu da misli görünməmiş humanitar fəlakətdir. Günahsız insanların, o cümlədən körpələrin və qadınların itkisi qəbuledilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə pislənməlidir. Mülki infrastruktura, məktəblərə, xəstəxanalara və evlərə edilən hücumlar təkcə beynəlxalq humanitar hüququn pozulması deyil, həm də insan hüquqlarının ciddi şəkildə pozulmasıdır", - Caparov qeyd edib.

Onun sözlərinə görə, Qırğızıstan Fələstin xalqına humanitar yardım göstərməyə hazırdır: "Qırğızıstan Respublikası Qəzza zolağında dinc əhalinin əzablarını yüngülləşdirmək üçün humanitar yardım göstərməyə hazırdır. İnanırıq ki, bizim ümumi məsuliyyətimiz xarici təcavüzə və günahsız insanların ölümünə son qoyulmasında fələstinli qardaşlarımızı dəstəkləmək, habelə humanitar yardım göstərməkdir", - Qırğızıstan prezidenti bildirib.

Onun sözlərinə görə, Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququ var: "Bununla əlaqədar Qırğızıstan Təhlükəsizlik Şurasını və BMT Baş Assambleyasını Qəzza zolağında zorakılığı dayandırmaq və böhranı həll etmək üçün qəti tədbirlər görməyə çağırırıq".
 

Teqlər:

"Q\u0131r\u011f\u0131z\u0131stan prezidenti Q\u0259zzada dinc \u0259halinin \u00f6l\u00fcm\u00fcn\u00fc pisl\u0259m\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər