Almaniya fələstinlilərə humanitar yardım üçün daha 38 milyon avro ayıracaq
"Almaniya fələstinlilərə əlavə olaraq 38 milyon avroluq humanitar yardım verəcək".
"Operativ Media" DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Ramallahda Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayye ilə danışıqlar zamanı bildirib.
"Hər bir həyat eyni dərəcədə dəyərlidir. Hər bir İsrail sakini və Fələstinin hər bir sakini sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququna malikdir", - nazir vurğulayıb.
Onun sözlərinə görə, ümumilikdə 2023-cü ildə Almaniya Fələstin ərazilərinə 160 milyon avrodan çox yardım edəcək.
Berbok Qəzza zolağında humanitar fasiləyə də çağırıb.
Bundan əlavə, şənbə günü axşam Berbok Təl-Əvivə səfər etməyi və israilli həmkarı Eli Koenlə görüşməyi planlaşdırır.
Teqlər:
"Almaniya f\u0259l\u0259stinlil\u0259r\u0259 humanitar yard\u0131m \u00fc\u00e7\u00fcn daha 38 milyon avro ay\u0131racaq"