Menyu

İsrail ordusu: Livanla sərhəddə bir qrup radikala zərbə endirilib

İsrail ordusu: Livanla sərhəddə bir qrup radikala zərbə endirilib

"İsrail hərbçiləri Livan sərhədi yaxınlığında İsrail ərazisini atəşə tutmaq istəyən silahlı radikal qrupa hücum edib". 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl terror qruplaşması Aramşe bölgəsində (Livanla sərhəddə, Ərəb əl-Aramşe kimi tanınan İsrailin bədəvi kəndi - red.) İsrail ərazisinə tank əleyhinə raketlər atmağa cəhd edib", - məlumatda deyilir.

Bundan əlavə, ordu qeyd edib ki, hərbçilər Livanla sərhəddə İsrail ordusunun mövqelərindən birinə minaatan mərmiləri və tank əleyhinə raketlərin atılmasını qeydə alıb. "İDF artilleriyası atışların mənbəyinə, həmçinin Hizbullahın terror infrastrukturuna zərbələr endirib", - mətbuat xidməti bildirib. 

Teqlər:

"\u0130srail ordusu: Livanla s\u0259rh\u0259dd\u0259 bir qrup radikala z\u0259rb\u0259 endirilib"

Əlaqəli Xəbərlər