Microsoft prezidenti Rusiyanı dezinformasiya yaymaqda ittiham edib
"Rusiya Yaxın Şərqdəki vəziyyətlə bağlı yanlış məlumat yayır".
"Operativ Media" xəbər verir ki, bunu “Microsoft”un prezidenti Bred Smit bildirib.
Smitə Parisdə keçirilən beynəlxalq sülh konfransında Amerika texnologiya nəhənginin sülhün möhkəmlənməsində rolu barədə sual verilib.
O bildirib ki, Microsoft və onun rəqibləri dezinformasiyaya qarşı, xüsusən də süni intellektdən istifadə etməklə mübarizə aparır.
Smitin sözlərinə görə, Microsoft və digər şirkətlər bunu manipulyasiya edilə, dəyişdirilə bilən məzmunu aşkar etməyi asanlaşdıran texnoloji alətlər yaratmaqla edirlər.
"Rus təbliğatını, məsələn, insanları koronavirusa qarşı peyvənd almamağa inandırmağa çalışandan çox yaxşı tanıyırıq. Yaxud bu gün Yaxın Şərqdə Rusiyanın dezinformasiyasını görəndə yenidən tanımış olduq", - Smit bildirib.
Onun sözlərinə görə, bu dezinformasiyanı aşkar edən texnoloji platformaların üç hərəkət variantı var: heç nə etməmək, onu silmək və ya transformasiya etmək və məzmunun dəyişdiyini bildirmək.
Teqlər:
"Microsoft prezidenti Rusiyan\u0131 dezinformasiya yaymaqda ittiham edib"