Banqladeşin baş naziri Qəzzada münaqişəyə son qoymaq planını açıqlayıb
Banqladeşin baş naziri Şeyx Hasina Qəzza zolağında münaqişəyə son qoymaq üçün beş bənddən ibarət planı açıqlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dhaka Tribune məlumat yayıb.
Banqladeşin Baş naziri öz planını videomüraciətdə təqdim edib. Bu müraciət əsasən İslam Əməkdaşlıq Təşkilatının Ər-Riyadda keçiriləcək 8-ci fövqəladə Zirvə toplantısına hazırlanıb.
Müraciətdə Hasina dərhal atəşkəsə çağırır. Onun sözlərinə görə, "müharibə ədalətsizdir və insan hüquqlarını və beynəlxalq humanitar hüququ amansızcasına pozur".
Teqlər:
"Banqlade\u015fin ba\u015f naziri Q\u0259zzada m\u00fcnaqi\u015f\u0259y\u0259 son qoymaq plan\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"