Menyu

ABŞ-nin Suriyadakı bazaları atəşə tutulub, amerikalı hərbçilərin öldürüldüyü bildirilir

Redaksiya
ABŞ-nin Suriyadakı bazaları atəşə tutulub, amerikalı hərbçilərin öldürüldüyü bildirilir

Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazaları atəşə tutulub.

"Operativ Media" xəbər verir ki, "Əl-Mayadeen" telekanalının məlumatına görə, ABŞ əsgərləri həlak olub. Bildirilir ki, bunlar ABŞ-ın Suriyanın şərqindəki obyektlərə hücumlarına cavab zərbələridir.

Qeyd olunur ki, Deyr-əz-Zor bölgəsində yerləşən Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına 15 raket atılıb. Hədəf hərbi qərargah və cəbbəxanadır. Telekanalın məlumatına görə, azı 10 helikopter yaralı amerikalıları İraqdakı hərbi xəstəxanaya çatdırıb. Ölənlərin sayı dəqiqləşdirilməyib.

Bu hücumlardan əvvəl ABŞ Hərbi Hava Qüvvələri  Suriyanın şimalındakı silah anbarına, İsrail əsgərləri isə ölkənin cənubundakı hədəflərə hücum edib . Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun istifadə etdiyi obyektlərə zərbələr endirib. Bunun fonunda Suriya və İraqdakı Amerika bazalarına yenidən hücum edilib, Yəməndə ABŞ-a məxsus pilotsuz uçan aparat vurulub.

Teqlər:

"AB\u015e-nin Suriyadak\u0131 bazalar\u0131 at\u0259\u015f\u0259 tutulub amerikal\u0131 h\u0259rb\u00e7il\u0259rin \u00f6ld\u00fcr\u00fcld\u00fcy\u00fc bildirilir"

Əlaqəli Xəbərlər