Menyu

Fox News: ABŞ-nin Suriyadakı SEPAH hədəflərinə zərbələr endirməsi nəticəsində 6 nəfər həlak olub

Redaksiya
Fox News: ABŞ-nin Suriyadakı SEPAH hədəflərinə zərbələr endirməsi nəticəsində 6 nəfər həlak olub

ABŞ-ın Suriyadakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə endirdiyi zərbələr nəticəsində azı altı iranlı döyüşçü həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Fox News Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Zərbələr bu gün, noyabrın 13-də gecə saatlarında endirilib.

Hədəflər Suriyanın Əbu Kamal və Mayadin şəhərlərində SEPAH obyektləri olub. Bu binaların sığınacaq və təlim mərkəzi kimi xidmət etdiyi güman edilirdi, lakin kanalın mənbəsi iddia edir ki, sığınacaq SEPAH-ın qərargahı kimi fəaliyyət göstərirdi. Obyektlərdən birində ikinci dərəcəli partlayışlar qeydə alınıb ki, bu da orada tez alışan sursatların və ya silahların olmasını göstərir.

Teqlər:

"Fox News: AB\u015e-nin Suriyadak\u0131 SEPAH h\u0259d\u0259fl\u0259rin\u0259 z\u0259rb\u0259l\u0259r endirm\u0259si n\u0259tic\u0259sind\u0259 6 n\u0259f\u0259r h\u0259lak olub"

Əlaqəli Xəbərlər