Menyu

Afrikanın şərqində Fransaya qarşı etiraz aksiyası keçirilib

Afrikanın şərqində Fransaya qarşı etiraz aksiyası keçirilib

Afrikanın şərqindəki Mayotte adasının sakinləri Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz aksiyası keçiriblər.

"Operativ Media" xəbər verir ki, onlar boş su qabları ilə küçələrə çıxaraq Emmanuel Makron hökumətindən quraqlığa qarşı mübarizədə dəstək, su təchizatı məsələsinə biganə qalmamağı tələb edirlər. Etirazçıların sözlərinə görə, Mayottedə içməli su həftədə iki dəfə, özü də limitlə verilir. “Fransanın laqeydliyi nəticəsində Mayotte Avropa İttifaqının faktiki olaraq ən kasıb bölgəsinə çevrilib” – deyə etirazçılar bildiriblər. Qeyd edək ki, Mayotte-nin 350 mindən çox sakini quraqlıq və içməli su qıtlığından əziyyət çəkir.

Teqlər:

"Afrikan\u0131n \u015f\u0259rqind\u0259 Fransaya qar\u015f\u0131 etiraz aksiyas\u0131 ke\u00e7irilib"

Əlaqəli Xəbərlər