Menyu

"Kia Motors" Qazaxıstanda avtomobil zavodunun tikintisinə başlayıb

Redaksiya
"Kia Motors" Qazaxıstanda avtomobil zavodunun tikintisinə başlayıb
1 dəq oxu

Qazaxıstanda "Kia" avtomobillərinin istehsalı üçün tam dövrəli zavodun tikintisinə başlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin saytında məlumat verilib .

“1500 yüksək maaşlı iş yerinin yaradılması nəzərdə tutulan yeni zavodun istehsal gücü ildə 70 min avtomobil təşkil edəcək. Layihəyə 250 milyon dollara yaxın xarici investisiya yatırılacaq”, - məlumatda deyilir.

Bildirilir ki, tikintinin başlanması Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə Cənubi Koreya avtomobil şirkətinin rəhbərliyi arasında əldə olunan razılaşmaların nəticəsidir.

Əlaqəli Xəbərlər