Menyu

Yunanıstan və Ermənistan xüsusi təyinatlılarının təlimləri keçirilib

Redaksiya
Yunanıstan və Ermənistan xüsusi təyinatlılarının təlimləri keçirilib

Yunanıstan, Kipr və Ermənistanın xüsusi təyinatlı qüvvələri operativ hazırlığın artırılması məqsədilə Yunanıstanın Attika paytaxt vilayətində təlimlər keçirib.

"Operativ Media" xəbər verir ki, Yunanıstan Müdafiə Nazirliyinin Baş qərargahının saytında yerləşdirilən məlumata görə, təlimlər noyabrın 6-dan 10-dək Attika vilayətinin Nea Peramos rayonunda baş tutub.

“Birgə təlimlər qarşılıqlı əlaqə səviyyəsinin artırılmasına və operativ imkanların gücləndirilməsinə yönəlib”, - deyə qurumun məlumatında bildirilir.

Təlimlərə, həmçinin Yunanıstan Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar komandanlığının 1-ci operativ qrupu da qoşulub. Təlimlərin gedişində döyüş atışları, snayperlərin texniki və taktiki hazırlıqları, qapalı məkanlarda manevrlər, əməliyyat planlaşması həyata keçirilib.

Teqlər:

"Yunan\u0131stan v\u0259 Erm\u0259nistan x\u00fcsusi t\u0259yinatl\u0131lar\u0131n\u0131n t\u0259liml\u0259ri ke\u00e7irilib"

Əlaqəli Xəbərlər