Menyu

Özbəkistanda ŞƏT ölkələri BMT ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Özbəkistanda ŞƏT ölkələri BMT ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Daşkənddəki regional antiterror strukturunun icraiyyə komitəsinin nümayəndə heyətinin üzvləri ilə BMT-nin sanksiyalarının analitik dəstəyi və monitorinqi qrupu arasında görüş olub. Görüşdə Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ŞƏT-in regional qurumu məlumat yayıb.

"İkitərəfli görüş zamanı tərəflər beynəlxalq terror təşkilatları Əl-Qaidə və İŞİD, eləcə də onlarla əlaqəli qrupların yaratdığı təhdidlər barədə fikir mübadiləsi aparıblar. Bütün dünyada və Əfqanıstanda bu qrupların əməliyyat potensialını, istifadə etdikləri üsulları və anaşmaları müəyyən etmək üçün müzakirələr baş tutub", - məlumatda deyilir. Həmçinin bildirilir ki, tərəflər Əfqanıstanda təhlükəsizlik vəziyyətinin inkişaf dinamikası, ölkə ərazisindəki terrorçu qruplar, onların əlaqələri və hərəkətləri, strukturu və yerləşdiyi yerlər haqqında fikir mübadiləsi aparıblar.

Bundan əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində çıxışı zamanı Əfqanıstanı regional inteqrasiya proseslərinə cəlb etməyə çağırıb. Həmçinin daha əvvəl Özbəkistan və Əfqanıstan nümayəndələri 1,2 milyard dollarlıq ticarət sazişi imzalayıblar.

2021-ci ilin avqust ayından Əfqanıstanda hakimiyyət BMT sanksiyaları altında olan Taliban hərəkatının nəzarəti altındadır. 

Teqlər:

"\u00d6zb\u0259kistanda \u015e\u018fT \u00f6lk\u0259l\u0259ri BMT il\u0259 \u018ffqan\u0131standak\u0131 v\u0259ziyy\u0259ti m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər