Menyu

NATO Çinin Tayvanda status-kvonu dəyişməsinə mane olmaq istəyir

NATO Çinin Tayvanda status-kvonu dəyişməsinə mane olmaq istəyir

"NATO-nun Hind-Sakit okean regionunda regional hərbi ittifaq olmaq ambisiyaları yoxdur, lakin təşkilat Çinin Tayvanda status-kvonu dəyişməsinə mane olmaq istəyir". 

"Operativ Media" xəbər verir ki, bunu Yaponiyada səfərdə olan Şimali Atlantika Alyansının baş katibinin köməkçisi David van Wiel deyib.

O, "Nikkei Asia"ya müsahibəsində qeyd edib ki, Avropa və Atlantikada təhlükəsizliyə cavabdeh olan Şimali Atlantika Alyansının regionda hərbi rol oynayacağı ssenarini görmür.

"Ən vacibi, Çinin Tayvanda status-kvonu dəyişdirmək üçün heç bir təktərəfli addımlar atmamalı olduğunu başa düşməsidir. Bu, bizim bu istiqamətdə əsas siqnalımızdır", - Wiel vurğulayıb.

Nəşr qeyd edir ki, alyansın baş katibinin köməkçisi NATO-nun Çinə necə təsir etməyi planlaşdırdığını və Tayvan boğazında gözlənilməz vəziyyət yaranacağı təqdirdə hansı addımları atacağını dəqiq açıqlamayıb. 

Teqlər:

"NATO \u00c7inin Tayvanda status-kvonu d\u0259yi\u015fm\u0259sin\u0259 mane olmaq ist\u0259yir"

Əlaqəli Xəbərlər