Menyu

Aİ: Fələstinlilər üçün dövlət qurmalıyıq

Aİ: Fələstinlilər üçün dövlət qurmalıyıq

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell fələstinlilər üçün yeni bir dövlət qurulmalı olduğunu və fələstinlilərin sürgün edilməsinə və Qəzzanın İsrail tərəfindən işğalına icazə verilə bilinməyəcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Borell Aİ Xarici İşlər Nazirləri Toplantısının sonunda jurnalistlərə məlumat verib.

Bugünkü görüşdə Qəzzaya humanitar yardımın təcili çatdırılması zərurətinə diqqət çəkdiklərini bildirən Borell münaqişə bitdikdən sonra nə ediləcəyi və mümkün ssenarilər barədə də müzakirələr apardıqlarını bildirib.

Borell sözlərini belə davam etdirib:

"Biz fələstinlilərlə israillilər arasında sülh və ümumiyyətlə regionda sülh üçün həll yolu tapmalıyıq. Bu gün yaşadığımız dramatik böhran və həm İsrail, həm də Fələstin tərəfində böyük insan itkiləri beynəlxalq ictimaiyyətin siyasi və mənəvi uğursuzluğunu göstərir. Çözüm tapa bilmədik. Həll iki dövlətli gələcək olmalıdır", - Borell qeyd edib.

Qəzzanın yenidən qurulmasının kifayət etməyəcəyini vurğulayan Borrell davam edib:

"Biz fələstinlilər üçün yeni dövlət qurmalıyıq. Bu o deməkdir ki, biz münaqişədən sonraya baxmalıyıq. Ərəb ölkələri indi gələcək barədə deyil, bu gün barədə danışmaq istəyirlər. Biz həllin parametrlərini müəyyən etməliyik. Bu gün mən nazirlərə bunun üçün şərtləri ehtiva edən bir çərçivə təqdim etdim. Nazirlər bu yanaşmanı dəstəklədi. ABŞ və Ərəb ölkələri ilə birlikdə bu çərçivə üzərində təcili olaraq çalışmalıyıq".

Teqlər:

"A\u0130: F\u0259l\u0259stinlil\u0259r \u00fc\u00e7\u00fcn d\u00f6vl\u0259t qurmal\u0131y\u0131q"

Əlaqəli Xəbərlər