"Titanik"in nahar menyusu 102 min dollara satılıb - FOTO
Nərmin Qocamanlı
Titanikin birinci dərəcəli nahar menyusunun surəti Henry Aldridge & Son tərəfindən Böyük Britaniyada keçirilən hərracda 84 000 funta (təxminən 102 769 dollar) satılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Menyu 11 aprel 1912-ci il tarixinə aiddir. Həmin gün şam yeməyində sərnişinlərə istiridyə, mal əti, quzu və ördək əti təqdim edilib.
Nüsxə tarixçi Len Stivensonun 1960-cı illərin foto albomunda tapılıb.
Teqlər:
"\"Titanik\"in nahar menyusu 102 min dollara sat\u0131l\u0131b - FOTO"