Burkina Fasoda kəndə hücum nəticəsində azı 70 nəfər həlak olub
Nərmin Qocamanlı
Burkina Fasonun Zaonqo kəndinə edilən hücumda əksəriyyəti uşaq və qocalardan ibarət ən azı 70 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən "Deutsche Welle" məlumat yayıb .
Qeyd olunur ki, hadisə noyabrın 5-də baş verib. Ölkənin şimalındakı kəndə hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil . Aİ və ABŞ rəsmiləri Burkina Faso hökumətini hücumun tam şəraitini aydınlaşdırmaq üçün araşdırma aparmağa çağırıblar. Yerli sakinlərin sözlərinə görə, hücum bölgədə “təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən toqquşmadan iki gün sonra” baş verib .
Qeyd edək ki, Burkina Faso dünyanın ən kasıb ölkələrindən biridir və son bir ildə iki hərbi çevrilişlə üzləşib.