Borell Aİ-ni Ukraynaya hərbi təchizatı artırmağa çağırıb
Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Cozep Borell bütün Aİ ölkələrini Ukraynaya hərbi təchizatı, ilk növbədə hava hücumundan müdafiə sistemləri və qış geyimlərini artırmağa çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə o, Aİ müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz hamımız Ukraynaya tədarükləri artırmalıyıq, ilk növbədə təcili olaraq lazım olan hava hücumundan müdafiə sistemləri, qış texnikası və uniformaları göndərməliyik", - Borell qeyd edib.
Borrell həmçinin elan edib ki, Aİ Ukrayna Silahlı Qüvvələri üçün ilin əvvəlindən artıq təlim keçmiş 30 min əsgərə əlavə olaraq daha 10 min əsgər hazırlamağa qərar verib. O, Aİ-nin onları daha tez hazırlaya biləcəyini vəd edib, lakin dəqiq vaxt çərçivəsi müəyyən edilməyib.