"BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında bir neçə xəstəxanada yaralananların taleyindən dərin narahat olduğunu bildirib və dərhal atəşkəsə çağırıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Quterreşin sözçüsü Stefan Düjarrik bildirib.
"Baş katib Qəzzada bir sıra xəstəxanalardakı dəhşətli vəziyyətdən və faciəli ölümlərdən dərin narahatdır. O, insanlıq naminə təcili humanitar atəşkəsə çağırır", - sözçü qeyd edib.