Menyu

KİV: Suriyada ABŞ bazasına yeddi raket atılıb

KİV: Suriyada ABŞ bazasına yeddi raket atılıb

"İraqın İslam Müqaviməti" hərəkatının dəstələri Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

İddialara görə, raketlərin hamısı öz məqsədinə nail olub, ABŞ qüvvələri itki verib. 

24 saat ərzində Rumeylan və Əl-Ömər neft yataqları ərazisindəki ABŞ bazalarına raket hücumları həyata keçirilib.

Pentaqonun məlumatına görə, Suriya və İraqdakı ABŞ əsgərləri oktyabrın 17-dən bəri təxminən 50 dəfə hücuma məruz qalıb. Suriya ərazisində 900, İraqda isə 2500 Amerika hərbçisi var.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər