Menyu

Putin və Sisi Qəzzanı müzakirə edilbər 

Putin və Sisi Qəzzanı müzakirə edilbər 

Misir və Rusiya prezidentləri Əbdülfəttah əs-Sisi və Vladimir Putin arasında telefon danışığı olub. Danışıq zamanı Qəzza zolağındakı vəziyyət və Misir tərəfinin münaqişənin deeskalasiyası, humanitar yardımın çatdırılması və Fələstin anklavından əcnəbi vətəndaşların təxliyəsi üzrə səyləri müzakirə edilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi məlumat verib.

"İki lider arasında söhbət Qəzza zolağında baş verən son hadisələr, gərginliyin azaldılması səyləri, eləcə də Misirin humanitar yardımın çatdırılması, xarici vətəndaşların və yaralı fələstinlilərin anklavdan təxliyəsi üçün atdığı addımları əhatə edib", - Fəhmi bildirib. 

Misir prezidentinin sözçüsü əlavə edib ki, Əl-Sisi və Putin Qəzza zolağında atəşkəs əldə etmək üçün beynəlxalq səyləri gücləndirmək barədə razılığa gəliblər. 

Teqlər:

"Putin v\u0259 Sisi Q\u0259zzan\u0131 m\u00fczakir\u0259 edilb\u0259r\u00a0"

Əlaqəli Xəbərlər