Menyu

Moskvada dövlət çevrilişinə çağırış edən Qırğızıstan vətəndaşı saxlanılıb

Nərmin Qocamanlı
Moskvada dövlət çevrilişinə çağırış edən Qırğızıstan vətəndaşı saxlanılıb

Moskvada dövlət çevrilişinə çağırış edən Qırğızıstan vətəndaşı saxlanılaraq deportasiya edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb:

“Rusiya Federasiyasının Moskva şəhərində kütləvi iğtişaşların təşkilinə və hakimiyyəti zorakılıqla ələ keçirməyə açıq çağırış edən Qırğızıstan Respublikasının vətəndaşı saxlanılıb”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 37 yaşlı Qırğızıstanlı K.N.K. ölkədən kənarda olarkən sosial şəbəkələr vasitəsilə “kütləvi iğtişaşlar və ardınca zorakılıqla devrilmə və hakimiyyətin ələ keçirilməsi çağırışları da daxil olmaqla, sistemli şəkildə tendensiyalı və təxribat xarakterli məlumatlar dərc edib”.

Teqlər:

"Moskvada d\u00f6vl\u0259t \u00e7evrili\u015fin\u0259 \u00e7a\u011f\u0131r\u0131\u015f ed\u0259n Q\u0131r\u011f\u0131z\u0131stan v\u0259t\u0259nda\u015f\u0131 saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər