Qazaxıstan Mərkəzi Bankı rəqəmsal tengeni işə salıb
Nərmin Qocamanlı
Qazaxıstanın Milli Bankı (Mərkəzi Bank) pilot rejimdə rəqəmsal tengeni işə salıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Bankının mətbuat xidməti məlumat yayıb.
Noyabrın 15-də qeyd olunan ölkənin milli valyutasının 30-cu ildönümü günündə Qazaxıstan maliyyəçiləri konqresi çərçivəsində rəqəmsal tengedən istifadə edilən ilk əməliyyat baş tutub:
"Qazaxıstan Milli Bankı ikinci dərəcəli bankların və onların müştərilərinin iştirakı ilə rəqəmsal tenge platformasını sınaqdan keçirib. Platformanın arxitekturası bank müştərilərinə xidmət göstərən bankın mobil əlavəsində rəqəmsal hesab açaraq rəqəmsal tengedən yararlanmağa imkan verir".