Menyu

Reuters: İran prezidenti HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edir

Reuters: İran prezidenti HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edir

İran prezidenti İbrahim Rəisi noyabrın əvvəlində HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Hizbullah təşkilatına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" HƏMAS nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran İsmayıl Haniyədən İran və Hizbullahı İsrailə qarşı tam güclə çıxmağa çağıran Həmas üzvlərini susdurmağı tələb edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından və 200-dən çox, o cümlədən uşaq, qadın və qocanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Teqlər:

"Reuters: \u0130ran prezidenti H\u018fMAS-dan m\u00fcharib\u0259 \u00e7a\u011f\u0131r\u0131\u015flar\u0131n\u0131 dayand\u0131rma\u011f\u0131 t\u0259l\u0259b edir"

Əlaqəli Xəbərlər