KİV: Finlandiya Rusiya ilə sərhədin mümkün bağlanmasını təxirə salıb
"Finlandiya hökuməti Rusiya ilə sərhədin mümkün bağlanması məsələsinə baxılmasını cümə axşamına təxirə salıb".
"Operativ Media" xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət çərşənbə günü yerli vaxtla saat 17:00-da başlayan növbədənkənar iclasda məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar qəbul etməli idi. Lakin məsələnin müzakirəsi uzanıb və yekun qərar cümə axşamına təxirə salınıb.
Bundan əvvəl ölkənin daxili işlər naziri Mari Rantanen bildirmişdi ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə nəqliyyatın hərəkətini məhdudlaşdırmaq üçün hazırlıq işlərinə başlamaq qərarına gəlib. Finlandiya tərəfi bu həftə şərq sərhədinə 60-a yaxın sənədsiz sığınacaq axtaran şəxsin gəldiyini bildirib. Ötən həftə onların sayı 71 olub. Sərhəd xidmətinin məlumatına görə, söhbət Rusiya Federasiyası vətəndaşlarından getmir, əksəriyyəti Yaxın Şərqdən gələn mühacirlərdir. Finlandiyanın baş naziri Petteri Orpo da Rusiya ilə sərhəddə fərdi, hətta bütün keçid məntəqələrinin bağlanmasının mümkünlüyünü etiraf edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml Finlandiya hakimiyyətinin Rusiya ilə əvvəlki yaxşı münasibətlərdən qəsdən uzaqlaşma yolunu seçdiyinə görə dərin təəssüf hissi keçirir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Rusiyanın Finlandiyanın ölkələr arasında sərhədi tamamilə bağlamaq ideyasından əl çəkəcəyinə ümid etdiyini bildirib.
Teqlər:
"K\u0130V: Finlandiya Rusiya il\u0259 s\u0259rh\u0259din m\u00fcmk\u00fcn ba\u011flanmas\u0131n\u0131 t\u0259xir\u0259 sal\u0131b"