16 Noyabr 2023, 11:59
Zaqatalada bələdiyyə sədri cərimələnib
Zaqatalada bələdiyyə sədri cərimələnib şəkil
Zaqatalada bələdiyyə sədri cərimələnib

Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media" ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Göyəm kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər
Gömrük borcu ilə bağlı yeni qayda tətbiq olunacaq
Daşınmaz əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşir
DİN: Qadın adları ilə profillər yaradıb vətəndaşların pullarını talayan şəxs saxlanılıb
İsrailin İrana endirdiyi zərbə nəticəsində 6 nüvə alimi öldürülüb
"İnter"ə Hakan Çalhanoğlunun transferi üçün heç bir təklif gəlməyib
BMT Qəzzada dərhal atəşkəs tələb edən qətnaməni təsdiqləyib
Azərbaycan nefti bahalaşıb
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub