Sürücülər avtomobilin katalizatorunu niyə satırlar?
Bəzi işbazlar daha çox qazanc əldə etmək üçün avtomobillərin orijinal detallarını yeni amma saxta ehtiyyat hissələri ilə əvəz edirlər. Bu hal əvvəllər xüsusilə xaricdən gətirilmiş avtomobillərdə olsa da, indi yerli bazarda olan avtomobillərdə də də müşahidə edilir.
“Operativ Media”ya açıqlama verən avtomobil ustası Sahil Ağabəylinin sözlərinə görə, xüsusilə Gürcüstandan alınan avtomobillərin əksər hissəsində 1-2 ay sürdükdən sonra problemlər müşahidə edilir.
“Hamı bilir ki, orijinal detallar Çin istehsalı detallardan bahadır. Ona görə də onu çıxarıb satırlar . Ən çox dəyişilən detallardan biri də avtomobilin katalizatorudur. Bu hissə baha olduğundan onu adətən müvəqqəti effektli olan qab setkası ilə dəyişirlər”.
Sahil Ağabəyli deyir ki, sürücülərin avtomobillərin katalik çeviricisini dəyişdirməsinin əsas səbəbi maddiyatdır. Katalizatorların içliyini görə qiymətlər 600 manatdan başlayır. Ciplərdə isə bu rəqəm daha da artır.
“Avtomobildə boğulma olduqda bəzi ustalar sürücüyə ilk olaraq təklif edirlər ki, katalizatorun içini boşaldaq. Bu sistemin çıxarılmasında əsas səbəb həmin qurğuda təxminən 1 kiloqrama yaxın platin metalının olmasıdır.İşbazlar onu çıxarıb baha qiymətə satır. Nəticədə atomobil zəhərli qaz buraxmaqla yanaşı, nasaz vəziyyətdə işləyir. İşlənmiş qazlar filtirasiyadan keçmədən havaya buraxılır. Üstəlik benzin sərfiyyatı da artmış olur”.
Katalizatorun çıxarılması və ya digər kustar üsullarla əvəzlənməsi nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasıdır və inzibati məsuliyyət yaradır. Qeyd edək ki, avtomobildə katalizatorun çıxarılmasına görə 50 AZN cərimə yazılır. Lakin katalizatoru çıxarıb, yerinə digər avadanlıq quraşdırılarsa, bu zaman sürücüyə 150 manat cərimə yazılır.