16 Noyabr 2023, 13:30
Leysan olacaq, qar yağacaq
Leysan olacaq, qar yağacaq şəkil
Leysan olacaq, qar yağacaq

Bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media" ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı htimalı var. Gecə və səhər duman olacaq. Gün ərzində əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 9-12°, gündüz 13-16° olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11°, gündüz 14-19°, dağlarda gecə 1° şaxtadan 4°-dək, gündüz 5-9° olacaq.

Son xəbərlər
Xəzər dənizində zəlzələ olub
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək