Menyu

Çində binada baş verən yanğında 26 nəfər ölüb

Nərmin Qocamanlı
Çində binada baş verən yanğında 26 nəfər ölüb

Çinin Lulianq şəhərindəki bir binada yerli vaxtla saat 07:00-da yanğın baş verib.

"Operativ Media" xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, səbəbi hələ məlum olmayan yanğında 26 nəfər həyatını itirib.

Kömür mədən şirkətinə aid olduğu bildirilən binadan təxliyə edilən 70 nəfərdən 63-ü xəstəxanaya yerləşdirilib. Bu şəxslərdən 38-nin yaralandığı bildirilib.

 

 

Teqlər:

"\u00c7ind\u0259 binada ba\u015f ver\u0259n yan\u011f\u0131nda 26 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər