http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Masallıda qanunsuz odlu silah saxlayanlar aşkarlanıb

16 Noyabr 2023 , 18:46
Masallıda qanunsuz odlu silah saxlayanlar aşkarlanıb

Masallıda qanunsuz odlu silah saxlayanlar aşkarlanıb, məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə  rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı rayonun Ərkivan qəsəbəsinin ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halı aşkar olunub.

Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb

Kürdəmir sakini odlu silahını polisə təhvil verib

Kürdəmir sakini odlu silahını polisə təhvil verib

Məktəblərdə zorakılıq faktlarının olmaması üçün hansı tədbirlər görülür?

Məktəblərdə zorakılıq faktlarının olmaması üçün hansı tədbirlər görülür?

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu