ABŞ Maliyyə Nazirliyi bir neçə rus şirkətini sanksiyalar siyahısına daxil edib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bəyanatında deyilir.
Sənəddən məlum olduğu kimi, sanksiya siyahısına ABS Electrical Engineering, Esset Automation, Esset Electro, Dominion Nikolsky, Dominion Tverskaya-Yaroslavskaya və s. şirkətlər daxildir.
Bundan əlavə, siyahıya ABS ZEiM Automation, Mosen Asset Management, VNIIR Gidroelektroavtomatika, VNIIR Promelektro və VNIIR-Transstroy daxildir. Sanksiya siyahısında olmaq ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və ya şirkətlərinin bu şirkətlərlə iş aparmasının qadağan edilməsi deməkdir.
Teqlər:
"AB\u015e Rusiyaya qar\u015f\u0131 sanksiyalar\u0131 geni\u015fl\u0259ndirib"