Menyu

ABŞ: Suriya və İraqdakı qüvvələrimizə qarşı hücumlara lazımi cavab verəcəyik

ABŞ: Suriya və İraqdakı qüvvələrimizə qarşı hücumlara lazımi cavab verəcəyik

"Birləşmiş Ştatlar Suriya və İraqdakı qoşunlarına növbəti hücumlar olacağı təqdirdə lazımi cavab verəcək". 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

"Biz bütün hücumlara uyğun şəkildə cavab verəcəyik. Və dediyim kimi, bunu vaxtında edəcəyik", - deyə Kirbi müvafiq suala cavab verib.

O əlavə edib ki, ABŞ Çindən İrana siqnal göndərməyə çalışır ki, o, Tehranla münasibətlərin gərginləşməsini və Yaxın Şərqdə kəskinləşməni istəmir: "Biz bilirik ki, çinlilərin daha çox birbaşa əlaqə kanalları var və biz onları iranlılara münaqişənin dərinləşməsini və ya kəskinləşməsini görmək istəmədiyimizi bir daha söyləmək üçün bu kanallardan istifadə etməyə təşviq edirik".
 

Teqlər:

"AB\u015e: Suriya v\u0259 \u0130raqdak\u0131 q\u00fcvv\u0259l\u0259rimiz\u0259 qar\u015f\u0131 h\u00fccumlara laz\u0131mi cavab ver\u0259c\u0259yik"

Əlaqəli Xəbərlər