Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb

Redaksiya
Baxış: 1738
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb

Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb.

"Operativ Media"nın əldə etdiyi məlumata görə tədbirdə 15 min nəfərə yaxın vətəndaş iştirak edib.

Qeyd edək ki, bu rəqəm indiyə qədər festivalın keçirildiyi bütün rayonlarda qeydə alınan nəticələrdən daha böyükdür.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ikinci dəfə Peşələr Festivalı keçirilir.

Festival çərcivəsində iştirakçılar təqdim edilən peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkan əldə edirlər.  

Bu günə kimi Festival Quba, İsmayıllı, Zaqatala, Şəmkir, Salyan, Ordubad, Naxçıvan, Cəlilabad, Sabirabad şəhərlərində keçirilib.

Növbəti Peşələr Festivalı Bakıda keçiriləcək.

Festivalda robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.

Şəkil Qalereyası

Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 1
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 2
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 3
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 4
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 5
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 6
Sabirabadda Peşələr Festivalına rekord sayda vətəndaş qatılıb - Şəkil 7

Digər xəbərlər