"35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi".
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
"O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik", - paylaşımda bildirilib.