Menyu

Yeni il tətilini Azərbaycanda keçirmək neçəyə başa gəlir? - ARAŞDIRMA

Redaksiya 2178 baxış
Yeni il tətilini Azərbaycanda keçirmək neçəyə başa gəlir? - ARAŞDIRMA

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə az vaxt qalıb. Ölkənin quru sərhədləri bağlı olduğundan vətəndaşların böyük əksəriyyəti tətil günlərini bölgələrdə keçirirlər. Bununla əlaqədar isə hotellərə və kirayə mənzillərə müraciətlər artıq indidən başlayıb.

“Operativ Media” bayram tətillərində bölgələrdə istirahət qiymətlərini araşdırıb.

“Qalaaltı” hotel 2 nəfərlik, 2 gecəlik qiymət təklifi edir. Gündə 3 dəfə qidalanma daxil, qiymət 1420 manatdır.

“Basqal Resort&Spa” xidmətlərini gündə iki dəfə qidalanma ilə 2 gecə üçün 1440 manata təklif edir.

“Marxal Resort&Spa”da Yeni ili qarşılamaq istəyənlər 2 gecə üçün 1250 manat ödəməlidirlər. Qiymətə gündə iki dəfə qidalanma və hotelin xidmətlərindən istifadə daxildir.

“Shabran Wellbeing” hotelinin 2 gecəlik, iki dəfə qidalanma ilə qiyməti 1800 manatdır.

“Qafqaz Riverside” hoteli səhər yeməkləri, Qala şam yeməyi təklif etməklə, 2 gecə üçün 1430 manat tələb edir.

“Qafqaz Tufandağ” hoteldə də səhər yeməkləri, Qala şam yeməyi daxil 2 gecəlik qiymət 1476 manatdır.

“Shahdag Hotel&Spa” səhər yeməkləri, Qala şam yeməyi daxil olmaqla, 3 gecə üçün qiymət 1560 manatdır.

“Gabala Garden” hoteldə iki gecə, yemək daxil qiymət 866 manatdır.

Bütün hotellərin qiymətlərinə daxildir:

  •  Gecələmək
  •  Qidalanma
  •  Qala gecəsi
  •  Şou proqram.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər