Sabirabadda sahibkar cərimələndi

admin
Sabirabadda sahibkar cərimələndi

Sabirabad Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində birgə keçirdikləri növbəti tədbir zamanı rayon ərazisində yerləşən avtomobil təmiri məntəqələrinin birinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib. 
"Operativ Media" xəbər verir ki, aşkar edilmiş faktla bağlı qeyd olunan  qayda pozuntusa yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər