KİV: Finlandiya Rusiya ilə bütün sərhədi bağlamağı düşünür
"Finlandiya hökuməti Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanması üçün layihə hazırlayır, lakin hələlik buna ehtiyac görmür".
"Operativ Media" xəbər verir ki, bu barədə MTV-3 kanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hökumət Finlandiyaya sığınacaq axtarmaq üçün gələnlərin marşrutunun dəyişəcəyi və onların sayının artacağı təqdirdə müvəqqəti tədbir kimi bütün sərhədi bağlamağı nəzərdən keçirir. "Bununla belə, hazırda bütün sərhədin bağlanmasına ehtiyac yoxdur", - deyə mənbələr telekanala bildiriblər.
Qeyd edək ki, noyabrın 16-da Finlandiyanın baş naziri Petteri Orpo Finlandiya hökumətinin şənbə günü gecə şərq sərhədindəki dörd sərhəd keçidini bağlayacağını açıqlayıb. Onun sözlərinə görə, hakimiyyət son vaxtlar artan "üçüncü ölkə vətəndaşlarının" ölkənin şərq sərhədinə axınına bu şəkildə qarşılıq verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Finlandiyanın Rusiya ilə sərhəddəki sərhəd keçidlərini bağlamaq qərarı Avropada yeni ayırıcı xətlər yaradır və Moskvanın bu hərəkətlərə cavabı idarələrarası formatda işlənib hazırlanacaq.
Teqlər:
"K\u0130V: Finlandiya Rusiya il\u0259 b\u00fct\u00fcn s\u0259rh\u0259di ba\u011flama\u011f\u0131 d\u00fc\u015f\u00fcn\u00fcr"