http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qazaxda avtomobilə odlu silahdan atəş açılıb

17 Noyabr 2023 , 22:27
Qazaxda avtomobilə odlu silahdan atəş açılıb

Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Operativ Media"ya bildirib ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək, araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Hadisəni törətməkdə Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov şübhəli bilinir. Hazırda şübhəli şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib

Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib

Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb - FOTO

Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb - FOTO

XƏBƏR LENTİ
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən
    22:14

    İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
Menyu