http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bakıda yaşıllaşdırma işləri aparılır - FOTO

18 Noyabr 2023 , 13:28
Bakıda yaşıllaşdırma işləri aparılır - FOTO

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.

Bu barədə "Operativ Media"ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi həyata keçirilir. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük verilir.

Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun və quraqlığa davamlı, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçirilir. Hazırda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində - Mərkəzi, Qış, “Atatürk”, “Gənclik” və “Nizami Gəncəvi” parklarında, əsas prospekt və küçələr boyunca əkilir. Həmçinin əsas prospekt və keçələrdəki ağacların yanına sarmaşıqlar əkilir.

Eyni zamanda sakinlərimizə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR
 “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

 “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Ağdaşda vətəndaş qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Ağdaşda vətəndaş qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Naxçıvanda son 1 ayda 67  nəfər saxlanılıb

Naxçıvanda son 1 ayda 67 nəfər saxlanılıb

XƏBƏR LENTİ
  • 12:14

    "Nant" baş məşqçisini qovdu
  • 12:12

    Elşad Nuriyev: Gələcəkdə azad olunan ərazilərdə sənayedə təhlükəsizlik süni intellektlə təmin olunacaq
  • 12:06

     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
  • 12:04

    İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
Menyu