Menyu

Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Nərmin Qocamanlı
Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Noyabrın 18-də Tovuz rayonunda yerləşən fermalardan birində yanmış insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Tovuz rayon prokurorluğundan bildirib. 

Aparılan araşdırmalarla 1988-ci il təvəllüdlü Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nayihəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Eldar İbrahimov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Teqlər:

"Tovuzda q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259 fakt\u0131 \u00fczr\u0259 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"

Əlaqəli Xəbərlər