Menyu

İsrail ordusu İordan çayının qərb sahilində 19 fələstinlini saxlayıb

İsrail ordusu İordan çayının qərb sahilində 19 fələstinlini saxlayıb
1 dəq oxu

"İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən, axtarışda olan 19 fələstinlini, o cümlədən Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının 11 tərəfdarını saxlayıb".

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Gecə əməliyyatları zamanı hərbçilər 11-i HƏMAS təşkilatının tərəfdarları olmaqla axtarışda olan 19 nəfəri saxlayıblar", - deyə məlumatda bildirilir.

"Ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1800 fələstinlini, o cümlədən 1050 HƏMAS tərəfdarını saxlayıblar", - mətbuat xidməti əlavə edib.

Əlaqəli Xəbərlər