Menyu

Əfqanıstan qadınların təhsili məsələsini milli maraqlar əsasında həll etməyi planlaşdırır

Əfqanıstan qadınların təhsili məsələsini milli maraqlar əsasında həll etməyi planlaşdırır
1 dəq oxu

"Əfqanıstan hakimiyyəti qadınların təhsili məsələsini həll edərkən öz milli maraqlarını rəhbər tutacaq".

"Operativ Media" xəbər verir ki, bunu TASS-a Taliban hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökumətinin informasiya və mədəniyyət nazirinin müavini Hayatullah Mohacir Farahi Sankt-Peterburqda Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində deyib. 

"Əfqanıstan digər ölkələrdən fərqli bir ölkədir. Biz bu mövzuda bütün məsələləri öz milli maraqlarımıza uyğun həll edirik", - Taliban nümayəndə heyətinin nümayəndəsi bildirib.

"Hər ölkənin öz qanunu, öz siyasəti var. Onlar öz ölkələrinin vəziyyətinə uyğunlaşırlar", - o əlavə edib.

Qeyd edək ki, Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra orta məktəblərdə və universitetlərdə qızlar üçün dərsləri dayandırıb, universitetlərdə qadınların, o cümlədən professor-müəllim heyətinin iştirakını qadağan edib və bütün milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında qadınların işinin dayandırılmasına göstəriş verib. Bu qərarlar xarici dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tənqid dalğasına səbəb olub.

Əlaqəli Xəbərlər