Çin: Tayvanın APEC-də iştirakı "Vahid Çin" prinsipinə əsaslanmalıdır
"Tayvan nümayəndələri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) tədbirlərində iştirak edərkən "Vahid Çin" prinsipinə əməl etməlidirlər".
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Çinin Vaşinqtondakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Tayvan boğazının hər iki tərəfi Çinə məxsusdur. Tayvan Çin ərazisinin bir hissəsidir", - səfirliyin mətbuat xidmətinin nümayəndəsi vurğulayıb.
Çinli diplomatın sözlərinə görə, Tayvan nümayəndələri APEC-lə bağlı tədbirlərdə iştirak edərkən, "Vahid Çin" prinsipinə və anlaşma memorandumunun müddəalarına əməl etməlidirlər.