Menyu

Ərəb Liqası və İƏT-dən nümayəndə heyəti Çinə səfər edəcək

Ərəb Liqası və İƏT-dən nümayəndə heyəti Çinə səfər edəcək

"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqası (LAS) ölkələrinin zirvə görüşündən sonra yaradılan və xarici işlər nazirlərindən ibarət komitə noyabrın 20-də, bazar ertəsi səfərə başlayacaq. Səfər çərçivəsində bəzi ölkələrə ziyarətlər ediləcək. Bunlardan birincisi Pekin olacaq".

"Operativ Media" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Al Saud bildirib.

"Ərəb Liqası və İƏT sammitinin yekunları üzrə yaradılan xarici işlər nazirləri səviyyəsində komitənin işi bazar ertəsi başlayacaq. Səfər edəcəyimiz ilk ölkə Çin olacaq, bundan sonra dünya paytaxtlarına da səfər edəcəyik və bir sıra mövzuları işləyəcəyik. Qəzza sektorunda müharibəni sona çatdırmaq üçün birlikdə atıla bilinəcək işlər müzakirə ediləcək", - Krallığın Xarici İşlər Nazirliyi qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ölkələri Ər-Riyadda keçirilən sammitdən sonra Qəzza zolağındakı vəziyyəti yaxın gələcəkdə həll etmək üçün beynəlxalq konfrans keçirməyə çağırıblar. 

Teqlər:

"\u018fr\u0259b Liqas\u0131 v\u0259 \u0130\u018fT-d\u0259n n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti \u00c7in\u0259 s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər